İtaliya kubokunun ilk finalçısı müəyyənləşib

Aprelin 19-da futbol üzrə İtaliya kubokunun ilk yarımfinal
mərhələsinin cavab oyunu keçirilib.

Trend xəbər verir ki, “İnter” klubu öz meydanında “Milan”
komandasına qalib gəlib – 3:0. Qolları Lautaro Martines 4-cü və
40-cı, Robin Qonsens 82-ci dəqiqədə vurub. İlk matç qolsuz
yekunlaşmışdı.

Qeyd edək ki, finalda “İnter” klubu “Fiorentina” – “Yuventus”
cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü
turinlilərin səfər qələbəsi ilə başa çatıb – 1:0.

Teqlər: