Gəncədə sərnişin avtobusu aşdı – Foto

Gəncədə sərnişin avtobusu aşdı – Foto

Gəncə şəhərində sərnişin daşıyan avtobus aşıb.

AzerTimes xəbər verir ki, hadisə şəhərin “Aluminium zavodu” adlanan ərazisində baş verib.

Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan qeydə alınmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Teqlər: