Bayden İran PUA-larını araşdırmaq üçün işçi qrupu yaratdı

Bayden İran PUA-larını araşdırmaq üçün işçi qrupu yaratdı

Co Bayden hökuməti İran istehsalı olan dronlarda ABŞ və digər Qərb ölkələrində istehsal olunan hissələrin olub-olmadığını araşdırmaq üçün işçi qrupu yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə bir neçə Amerika rəsmisi CNN-ə məlumat verib.

İşçi qrupu İranın Rusiyaya verilən PUA-ların hissələrinə, o cümlədən, Amerika istehsalı olan mikroelektronikaya necə çıxış əldə etdiyini araşdıracaq.

Qərb rəsmiləri bildirirlər ki, Rusiya Ukrayna müharibəsində mülki ərazilərə və iqtisadi infrastruktura hücum etmək üçün İran istehsalı olan yüzlərlə drondan istifadə edib.

Birləşmiş Ştatların ixraca nəzarət etməsinə, eləcə də İranın qabaqcıl materiallar və komponentlərə çıxış əldə etməsinə mane olmaq üçün ciddi məhdudiyyətlər və sanksiyalar tətbiq etməsinə baxmayaraq, sübutlar İranın hələ də bu texnologiyalara çıxışı olduğunu göstərir.

Teqlər: