Paşinyan sülhməramlılara təzyiq etməyə çalışdı

Paşinyan sülhməramlılara təzyiq etməyə çalışdı

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün çıxış etdiyi hökumətin iclası zamanı Laçın dəhlizinin bağlanması nəticəsində guya Qarabağda ciddi ərzaq böhranını yarandığını iddia edib.

AzerTimes xəbər verir ki, dəhlizin hələ açılmadığını deyən Paşinyan günahı Azərbaycanın üzərinə atıb və Bakını 10 noyabr 2020-ci il Bəyanatının icrasını yetirə yetirməməkdə günahlandırıb.

Guya yolun bağlanması nəticəsində Qarabağda yüzlərlə ailə blokadada qalıb, ərzaq məhsullarının qıtlığı yaranıb.

Paşinyan hətta sülhməramlıları da öz vəzifələrini yerinə yetirməməkdə günahlandırıb:

“Belə çıxır ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli sənədlə müəyyən edilmiş öhdəliklərini, yəni dəhliz üzərində nəzarəti yerinə yetirmir”.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr Bəyanatnın maddələrində Qarabağdan silahlı erməni birləşmələrinin çıxarılması və bütün kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Amma rəsmi İrəvan bu iki öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Qabağda hələ də erməni terrorçu birləşmələri qalır, Ermənistan Zəngəzur dəhlizinin açılmasının qarşısını alır.

Üstəlik, Azərbaycanın humanitar dəhliz kimi verdiyi Laçın yolundan ermənilər silah daşınması, terrorçuların Xankəndiyə yerləşməsi və Azərbaycan sərvətlərinin talanması üçün istifadə edir.

Teqlər: