Gəncədə Cavad xana abidə ucaldıla bilər

Xəbər - Fərid Zöhrabov – Trend:

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə
baxılacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün
hesabatında öz əksini tapıb.


“Azərbaycan xalqının qəhrəman oğullarından olan Cavad xana
Gəncənin ən gözəl guşələrindən birində heykəl qoyulması təklifi ilə
bağlı bildiririk ki, Mədəniyyət Nazirliyinin 2021-ci il 1 dekabr
tarixli 178-F nömrəli “Heykəltaraşlıq, abidələrinin,
xatirə-memorial komplekslərinin ucaldılması və demontaj üzrə
Ekspert Komissiyasının yaradılması və fəaliyyətinin təşkili
haqqında” əmr imzalanıb. Ekspert Komissiyasının iclasında ölkəmizin
görkəmli mədəniyyət nümayəndələrinin, dahi şəxsiyyətlərin
heykəllərinin ucaldılması məsələsinə baxılacaq”, – hesabatda qeyd
olunub.

Teqlər: