Yaponiya azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək göstərməyə çalışır – Səfir

Xəbər - Maryana Əhmədova – Trend:

Yaponiya azad edilmiş ərazilərin minalardan təmizlənməsində
Azərbaycana dəstək göstərməyə çalışır.

Trend-in
məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada
“Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin
Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanması mərasimində
deyib.

Onun sözlərinə görə, bu müqavilənin əsas məqsədi azad edilmiş
ərazilərin mövcud olan mina və partlamamış sursatlardan
təmizlənməsi işinin sürətləndirilməsidir.

Səfr əlavə edib ki, layihədə nəzərdə tutulan ləvazimatların
alınması üçün Yaponiya səfirliyi 88 224 dolları məbləğində vəsait
ayıracaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: