Fransada kartof qıtlığı yaşana bilər

Fransada kartof qıtlığı yaşana bilər

Fransa quraqlıq səbəbindən kartof, bal və süd qıtlığı ilə üzləşəcək.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzeti məlumat yayıb.

Kartof Yetişdiriciləri Milli Birliyinin (UNPT) rəhbəri Qoffrua Debrinin sözlərinə görə, 2022-ci ilin məhsuldarlıq baxımından son 20 ilin ən pis illərdən biri olacaq:

“Biz üç milyard avro dəyərində kartof istehsal edirik, lakin quraqlığın təsiri bu məbləği bir milyard azalda bilər”.

Süd sənayesi nümayəndələri və arıçılar da rekord quraqlıq səbəbindən istehsalın azalması barədə məlumat veriblər.

Fransa Milli Süd Məhsulları İstehsalçıları Federasiyasının (FNPL) sədri Terri Rokfey süd istehsalında 20% azalma olduğunu bildirib. Onun sözlərinə görə, bu, həm otların yanması, həm də istidə kölgədə gizlənməyə üstünlük verən heyvanların hərəkət qabiliyyətinin aşağı olması ilə bağlıdır.

Teqlər: