İsrail: Bu saziş İran ordusunu gücləndirəcək!

İsrail: Bu saziş İran ordusunu gücləndirəcək!

İsrail İranla nüvə danışıqları nəticəsində əldə olunan razılaşmaya əməl etməyəcək və Tehranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün hər addımı atacaq.

AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

İsrailin Baş naziri bildirib ki, yeni saziş İranın terror şəbəkəsinə güclü sərmayə axınına və ordusunun güclənməsinə yol açacaq.

Qeyd edək ki, İran və nüvə sazişi tərəfləri arasında 2021-ci ilin aprelindən davam edən danışıqlar başa çatsa da, tərəflər Avropa Birliyinin (AB) təqdim etdiyi saziş layihəsinin mətnindən sonra hələ ki, yekun razılaşmanı əldə etməyib.

Teqlər: