Müəllimlərin işə qəbulu ilə bağlı müsahibə keçiriləcək

Müəllimlərin işə qəbulu ilə bağlı müsahibə keçiriləcək

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Bu barədə AzerTimes-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr avqustun 26-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 161 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki “Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2022-2023-cü tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi avqustun 10-12-də keçirilib.

Teqlər: