Fransa və Almaniya səfirləri Türkiyə XİN-ə çağırılıb

Fransa və Almaniyanın Türkiyədəki səfirləri Xarici İşlər
Nazirliyinə çağırılıb.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud
Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu addım PKK terror təşkilatının bu
ölkələrdə keçirdiyi aksiyalarla əlaqədar atılıb.

“Söhbət terrorçuların rəmzlərinin, bayraqlarının nümayiş
olunduğu mitinqlərdən gedir. Almaniya və Fransa səfirləri ötən gün
Xarici İşlər Nazirliyinə çağırılıb. Onlara terror təşkilatlarının
aksiyaları ilə bağlı notalar verilib. Biz onları sərt şəkildə
xəbərdar etdik”, – M.Çavuşoğlu deyib.