Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb (FOTO)

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının
əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri
nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
saxlanılan şəxslərdən “heroin”, “metamfetamin” və “tiryək” aşkar
olunaraq götürülüb.

Baş İdarənin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin
əməkdaşlarının keçirdikləri məliyyat-axtarış tədbirləri nəticəsində
Rasim Qasımov, Samiq Ağayev və ona narkotik maddəni satan Razi
Alışov saxlanılıb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının
daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış
tədbirləri ilə Elmar Orucov, Fuad Yaqubov və ona narkotik maddəni
satan Elvin Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: