Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

28 may 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri
Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Xarici İşlər Nazirliyindən
Trend
-ə verilən məlumata görə, xarici işlər nazirinin müavini
Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri
Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma
nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı
atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq
öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa
və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə
çatdırılıb.

Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz
davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad
quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.

Teqlər: