Tehranda atışma olub, 2 polis əməkdaşı güllələnib

Bu gün İranın paytaxtı Tehranda atışma nəticəsində 2 polis
əməkdaşı yaralanıb.

AzerTimes-ın məlumatına görə, bunu Tehran Polis rəisinin müavini
polkovnik Murad Muradi deyib.

M.Muradinin sözlərinə görə, hadisə bir qrup şəxsin İranın Şəhid
və Qazilər Fondunun qarşısında toplaşdığı vaxt baş verib. Nəticədə
bir polis üz nahiyəsindən, bir polis isə ayaq nahiyəsindən
yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

M.Muradi atəş açan şəxsin saxlanıldığını bildirib.

Xatırladaq ki, ötən gün də İranın cənub-şərqində yerləşən Sistan
və Bəluçestan vilayətində naməlum silahlı şəxslərin atəş açması
nəticəsində polis kapitanı Abbas Rahancam öldürülüb və həyat
yoldaşı yaralanıb.