Frank-Valter Ştaynmayer yenidən Almaniya Prezidenti seçilib

Frank-Valter Ştaynmayer ikinci müddətə Almaniya Federativ
Respublikasının Prezidenti seçilib.

Trend Almaniya mediasına istinadla xəbər verir ki, AFR
Prezidenti postuna, həmçinin “Almaniya üçün alternativ”
partiyasından Maks Otte, “Sol partiya”dan Herhard Trabert, azad
seçicilər tərəfindən Ştefani Hebauer namizəd irəli sürülmüşdü.

Almaniya Federal Məclisi Ştaynmayerin namizədliyini mütləq səs
çoxluğu ilə dəstəkləyib. O, AFR prezidenti postunu 2017-ci ildən
tutur, buna qədər isə Almaniyanın xarici işlər naziri və
vitse-kansler olub.

Qeyd edək ki, Almaniya prezidenti beş il müddətə seçilir.