Qəbələnin Vəndam bazarında yanğın olub

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan
bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek,
mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə
yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı
alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
söndürülüb.

Teqlər: