Bakının Aİİ ilə istənilən formatda dialoqunun inkişafı ticarətin intensivləşməsinə töhfə verəcək – Rusiya XİN

Rəsmi Bakının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun
istənilən formatda inkişafı ticarətin intensivləşməsinə, nəqliyyat
və logistika infrastrukturunun inkişafına töhfə verərdi və
ümumilikdə regionun bütün dövlətləri üçün faydalı olardı.

AzerTimes-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya
Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin
direktoru Mixail Yevdokimov deyib.

“Bununla belə, qeyd etmək lazımdır ki, İttifaqla qarşılıqlı
fəaliyyət səviyyəsinin artırılması barədə qərar bütün üzv
dövlətlərin və maraqlı tərəfin razılığı əsasında belə bir addımın
mümkün iqtisadi nəticələrinin hərtərəfli təhlilinin nəticələrinə
əsasən qəbul edilir. Biz öz tərəfimizdən tərəfdaşlarımıza lazımi
informasiya dəstəyi veririk”, – deyə o bildirib.

Teqlər: