Finlandiya Ukraynaya növbəti dəfə hərbi yardım göndərəcək

Finlandiya prezidenti Sauli Niinistö ölkə hökumətinin Ukraynaya
növbəti dəfə hərbi yardım göstərmək qərarını dəstəkləyib.

Trend “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin
Müdafiə Nazirliyindən bildirilib.

“Prezident Sauli Niinistö bu gün, aprelin 19-da hökumətin
təklifi ilə Finlandiyanın Ukraynaya əlavə hərbi yardım göndərməsinə
qərar verib”, – deyə Nazirliyin açıqlamasında deyilir.

Nazirlik yardımın məzmunu, çatdırılma üsulları və çatdırılma
vaxtı ilə bağlı təfərrüatları açıqlamır.