İranın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib

Bak;/ Trend^

İranın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi fəaliyyətini
bərpa edib.

Trend xəbər verir ki, bu barədə İranın Ukraynadakı səfiri
Manuçehr Moradi bildirib.

Onun sözlərinə görə, səfirliyin əməkdaşları aprelin 18-dən
fəaliyyətə başlayıblar.

“Müharibədən sonrakı günlərdə İran səfirliyi nə Ukrayna
ərazisində, nə də müvəqqəti işlədiyi Moldovada öz fəaliyyətini
dayandırmamışdı”, – deyə səfir bildirib.