Premyer Liqa: “Liverpul” “Mançester “Yunayted”i darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasının növbəti turu
çərçivəsində “Liverpul” “Mançester Yunayted”i qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı
qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Luis Dias (5-ci dəqiqə),
Məhəmməd Salah (22, 85) və Sadio Mane (68) vurublar.

Qeyd edək ki, 32 oyun keçirən “Liverpul” 76 xalla turnir
cədvəlində liderdir, 33 oyun keçirən “Mançester Yunayted” isə 54
xalla 6-cı yerdə qərarlaşıb.

Teqlər: