Mexikoda pirotexniki vasitələrin istehsalı sahəsində partlayış baş verib, ölənlər var

Meksikanın Mexiko ştatının Sumpanqo bələdiyyəsində pirotexniki
məmulatların istehsalı sahəsində güclü partlayış baş verib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli fövqaladə hallar
idarəsi məlumat yayıb.

Məlumata görə, partlayış iki nəfərin həyatına son qoyub, azı beş
nəfər yaralanıb.

Hadisə yerinə onlarla yanğınsöndürən və fövqəladə hallar
xidmətinin əməkdaşı cəlb edilib, axtarış-xilasetmə əməliyyatı davam
başlanılıb.

Partlayış nəticəsində bir neçə emalatxananın dağıldığı, tüstü
sütununun bir neçə yüz metr qalxdığı bildirilir. Hələlik insidentə
nəyin səbəb ola biləcəyi barədə məlumat yoxdur.