Finlandiya may ayında Rusiyadan qaz idxalını dayandırmağa hazırlaşır

Finlandiya hökuməti və şirkətləri may ayında Rusiyadan təbii qaz
idxalını dayandırmağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti
məlumat yayıb.

Məlumata əsasən, mayın 20-dən gec olmayaraq “Gasum” dövlət
şirkəti tərəfindən təmsil olunan Finlandiya Rusiya qazının
tədarükünün rublla ödənilməsi şərtini qəbul edib-etməməsi barədə
məlumat verməlidir.