Blinken və Kuleba ABŞ diplomatlarının Ukraynaya qayıtmasını müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər
naziri Dmitro Kuleba arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə AVŞ Dövlət Departamentinin
mətbuat katibi Ned Prays məlumat verib.

“Dövlət katibi ABŞ diplomatlarının Ukraynaya qayıtması planları,
o cümlədən bu həftə Lvova ilk səfərlər, eləcə də mümkün qədər tez
Kiyevə qayıtmaq planları barədə məlumat verib”, – deyə mətbuat
katibi bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin Vaşinqton
administrasiyanın aprelin 28-də Konqresə Kiyevə 33 milyard dollar
hərbi, iqtisadi və humanitar yardım tələbini də müzakirə
ediblər.