Finlandiya hökuməti və şirkətləri may ayında Rusiyadan təbii qaz
idxalını dayandırmağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti
məlumat yayıb.
Məlumata əsasən, mayın 20-dən gec olmayaraq “Gasum” dövlət
şirkəti tərəfindən təmsil olunan Finlandiya Rusiya qazının
tədarükünün rublla ödənilməsi şərtini qəbul edib-etməməsi barədə
məlumat verməlidir.