FHN: Ötən sutka 35 yanğına çıxış olub, 4 nəfər xilas olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış
və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4
nəfər xilas olunub. Həmçinin, Bakı şəhərinin Nizami rayonunda
1937-ci il təvəllüdlü Piriyev Əhməd Məhəmməd oğlunun meyiti bağlı
qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: