FHN: Ötən sutka 28 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, daxil olmuş zənglər əsasında
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28
yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 6 nəfər xilas edilib.

Teqlər: