İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

Xəbər - Elnur Bağışov – Trend:

İran parlamentinin sədr müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq
Təşkilatı (İƏT) Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında
iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə Trend İranın Azərbaycandakı səfirliyinə istinadən
məlumat verib.

Səfər çərçivəsində vitse-spikerin bu gün Naxçıvana səfəri və
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşü
planlaşdırılır.

Səfirlik qeyd edib ki, Ə.Nikzad iki günlük səfər çərçivəsində
Bakıda İƏT Parlament Assambleyasının iclasında çıxış edəcək və bir
sıra ikitərəfli görüşlər də keçirəcək.

Teqlər: