Ferstappen “Formula 1” Emilia-Romanya Qran-Prisinin qalibi olub

“Red Bull” komandasının Niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Emilia-Romanya Qran-Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, Qran Prini ikinci yerdə niderlandlı
pilotun komanda yoldaşı meksikalı Serxio Peres, üçüncü yerdə isə “Maklaren” komandasının britaniyalı pilotu Lando Norris başa
vurub.

Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi – Mayami Qran
Prisi – 6-8 may tarixlərində baş tutacaq.

Teqlər: