Mingəçevir Dövlət Universitetində “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib (FOTO)

2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı
(KİM) ilə “Amerikada təhsil proqramları” mövzusunda seminar
keçirilib.

MDU-dan Trend- bildirilib ki, Universitetin tələbə və
magistrantlarının iştirak etdiyi seminarda MDU-nun Xarici dillər
kafedrasının müəllimi Lalə Rüstəmova təqdimatla çıxış edib.
Təqdimatda Amerika universitetlərində təhsil almaq üçün mövcud
təqaüd proqramları barədə ətraflı məlumat verilib

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.

Teqlər: