Mingəçevir Dövlət Universitetində “Şuşa İli” çərçivəsində “Arşın Mal Alan” operettası səhnələşdirilib (FOTO)

2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) “Şuşa İli” çərçivəsində dahi bəstəkar Üzeyir
Hacıbəlyinin “Arşın Mal Alan” operettası nümayiş etdirilib.
Operetta MDU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət
göstərən Teatr klubu tərəfindən səhnələşdirilib.

MDU-dan AzerTimes-a verilən məlumata görə, tamaşadan əvvəl, MDU-nun
Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış
edib. Ölkə başçısının müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa
İli” elan edilməsi ilə əlaqədar universitetdə silsiləvi tədbirlərin
nəzərdə tutulduğunu diqqətə çatdıran E.Cəfərova süjet xətti Şuşa
həyatından bəhs edən operettanın məhz bu çərçivədə tələbə gənclərin
ifasında təqdim olunduğunu qeyd edib. Gənclərin milli mənəvi
dəyərlərin qorunub saxlanılması və təbliği istiqamətində görülən
işlərdə fəal iştirakından məmnunluğunu bildirən kafedra müdiri
tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirib və onlara uğurlar
arzulayıb.

Sonra tədbir iştirakçıları tələbələrin təqdimatında “Arşın Mal
Alan” operettasını izləyiblər. Tamaşa böyük maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin təhsil və elmi fəaliyyəti ilə yanaşı,
onların asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq
qabiliyyətlərinin aşkara çıxarılması və gücləndirilməsi məsədilə
müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.

Teqlər: