Əverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın Bakı-İstanbul reysi ləğv edilib

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün,
martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi
ləğv edilib.

AZAL-dan AzerTimes-a verilən məlumata görə, ləğv edilmiş reysin
sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola
düşəcəklər. Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun
məsafəli “Airbus 340” təyyarəsindən istifadə ediləcək.

Teqlər: