Ağasif Rəhimov və Raziyə Seyidli Dünya Çempionatında gümüş medal qazanıblar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya
çempionatında qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları
Ağasif Rəhimov və Raziyə Seyidli templi hərəkətlər proqramında
gümüş medal qazanıblar.

Trend xəbər verir ki, idmançıların nəticəsi 28,640 xal olub.

Birinci yerdə Belçikadan olan cütlük – Bram Roettger və Helena
Heyens (29,280 xal), üçüncü yerdə Böyük Britaniyanı təmsil edən
Nataşa Hatçinson və Dylan Howells (28,440 xal) qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl kişi cütlüyündə çıxış edən Azərbaycan
gimnastları Daniel Abbasov və Murad Rəfiyev kombinə edilmiş
hərəkətdə, bu gün isə templə hərəkətdə bürünc medalları
qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Teqlər: