ABŞ-ın qadınlar qrupu akrobatika gimnastikası üzrə dünya çempionu olub

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında qadın
qrupları arasında balans hərəkətləri proqramında ABŞ komandası
qalib gələrək qızıl medallara layiq görülüb.

Trend-in
məlumatına görə, cütlük 28,100 xal toplayıb.

Belçika komandası 27,710 xalla ikinci, Avstriya komandası 26,910
xalla üçüncü olub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: