Etilen-polietilen zavodu işini bərpa edir

“Azərikimya” İistehsalat Birliyinin Etilen-polietilen zavodu
planlı təmirdən sonra mayın 16-dan etibarən işini bərpa edəcək.

Trend-in məlumatına görə, bunu zavodun
direktoru Oqtay Niftəliyəv deyib.

Onun sözlərinə görə, zavod aprelin 4-də Heydər Əliyev adına Bakı
Neft Emalı Zavodu ilə eyni zamanda planlı təmirə dayanmışdı.

“Neft emalı zavodu işini bərpa etməsə belə, “Azərikimya”nın
mayın 16-dan işini bərpa etməsi üçün kifayət qədər xammalı var”, –
deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: