II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 21-də III ixtisas qrupu,
mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə
qəbul imtahanı keçiriləcək.

DİM-dən AzerTimes-a verilən məlumata görə, mayın 22-də III ixtisas
qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər
üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt,
Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad,
Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə
bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan
binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Teqlər: