İstehlakçıya istilik enerjisinin verilişi bu hallarda dayandırılacaq

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin
verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün
keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna dəyişiklik
təklif edilir.

Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin
verilməsi dayandırılır:

– İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin
verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə)
olduqda;
– Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik
enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə)
sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə
ödənilmədikdə;
– enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə
bağlanmadıqda;
– İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin
layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin
quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından
təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan
suyun boşaldılması) halları aşkar edildikdə;
– təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş
verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;
– Məhkəmənin qərarı ilə;
– dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin
əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi
əməliyyat aparan orqanın göstərişi əsasında.

Dəyişikliklər müzakirələrdən sonra birinci oxununşda səsverməyə
qoyularaq qəbul edilib.

Teqlər: