Milli idman növləri daha da inkişaf edəcək – Fərid Qayıbov

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev
ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar
keçirilib.

AzerTimes-ın
məlumatına görə, bunu “Ethnosport” forumunda çıxışı zamanı gənclər
və idman naziri Fərid Qayıbov deyib.

O qeyd edib ki, Azərbaycanda 100-dən artıq idman kompleksi
mövcuddur.

“Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və
bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə
düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı
nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf
edəcək”, -deyə əlavə edib.

Teqlər: