Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycanla “bir millət iki dövlət” anlayışına sahib olduğumuz
üçün bu gün forumu Bakıda keçirmək bizim üçün çox xoşdur.
AzerTimes-ın
məlumatına görə, bunu “Ethnosport” forumunda Dünya Etnoidman
Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.
O qeyd edib ki, bu forumun məqsədlərindən biri insanlıq arasında
körpü yaratmaqdır.
“Keçmiş ənənələrimizi qorumaq, saxlamaq insanlıq üçün çox
əhəmiyyətlidir. Hər cəmiyyətin adət-ənənəsi çox dəyərlidir.
Düşünürəm ki, adət-ənənələr dünyanın fərqli rəngləridir və rəngli
bir dünya hər zaman daha yaxşı seçim olub. İnanıram ki, bu sayədə
güclü sülh içində gələcək quracağıq”, – deyə o qeyd edib.