Ermənistanda etiraz aksiyaları təşkil edənlər illüziyalarla yaşayırlar – Ceyhun Bayramov

Ermənistanda küçələrdə etiraz aksiyalarını təşkil edənlər, onun
başında duranlar illüziyalarla yaşayan şəxslərdir.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin şəxslər uzun illər ərzində, 30 ilə
yaxın erməni xalqına yalan vədlər verib, bugünkü gün Ermənistanı
uçurum vəziyyətinə gətiriblər.

“Görünən odur ki, bu, hakimiyyət uğrunda mübarizənin tərkib
hissəsidir və Qarabağ mövzusu ilə yenidən özlərini gündəmə gətirmək
istəyirlər.

Təbii ki, biz prosesləri izləyirik. Müəyyən mənada bir məqamı da
qeyd etmək olar ki, etirazlarda geniş ictimai dəstəkdən söhbət
getmir. Onların arxasınca gedənlərin sayı 6-7 mindən artıq deyil.
Bu da onun göstəricisidir ki, artıq bu yalan və illüziyalardan
Ermənistan cəmiyyəti də yorulub”, – deyə C.Bayramov əlavə edib.

Teqlər: