Regionlarda tibb işçilərinin çatışmazlığının aradan qaldırması ilə bağlı proqram hazırlanır – Nazir

Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə
birlikdə regionlarda tibb işçilərinin çatışmazlığının aradan
qaldırması ilə bağlı proqram hazırlayır.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev
mayın 10-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, proqram çərçivəsində müəyən mexanizmlər
işlənib təklif olunacaq.

“Həmin təkliflər nəticəsində gənc və təcrübəsi olan həkimlərimiz
regionlara göndəriləcək. Onlar xidmətlərini regionlarda
göstərəcəklər”,-nazir deyib.

Teqlər: