Ermənistanda 100 hektar ərazi yandı

Ermənistanda 100 hektar ərazi yandı

Ermənistanın Lori vilayətində 100 hektara yaxın bitki örtüyü yanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, martın 31-də saat 14:16-da Lori regional böhran idarəetmə mərkəzinə Lernaovit kəndində dağın şimal yamaclarında bitki örtüyünün yanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin regional yanğından mühafizə dəstələrinin əməliyyat qrupları və bir döyüş heyəti hadisə yerinə gedib.

Yanğın saat 20:04-də lokallaşdırılıb, saat 20:30-da söndürülüb.

Teqlər: