Ərdoğan Japarovla da danışdı

Ərdoğan Japarovla da danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, telefon söhbətində liderlər ölkələr arasında ikitərəfli əlaqələri, qlobal və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyədə keçirilən yerli seçkilər münasibətilə təbriklərini çatdıran Japarova təşəkkürünü bildirib.

Qeyd edək ki, Ərdoğan bundan öncə İran prezidenti və Niderland baş naziri vəzifəsinin icraçısı ilə telefon danışığı aparıb.

Teqlər: