Mirzoyan sülh müqaviləsindən danışdı: Vacib məqam…

Mirzoyan sülh müqaviləsindən danışdı: Vacib məqam…

Problemlər mövcuddur, lakin biz hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür.

AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentina mediasına müsahibəsində deyib.

“Biz həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var”, – deyə nazir bildirib.

Teqlər: