Ermənilər kəndi yandırdı, insanlara amansız divan tutdular – Ağdaban faciəsinin şahidləri (FOTO/VİDEO)

30 il əvvəl – 1992-ci ilin aprelin 8-də erməni quldur dəstələri
Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək azərbaycanlıları
kütləvi soyqırıma məruz qoyub. Xocalı faciəsinin bənzəri olan
Ağdaban qətlimanı zamanı yüzlərlə kənd sakini xüsusi amansızlıqla
qətlə yetirilib, günahsız insanlar işgəncə ilə öldürülüb.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu faciənin 30 illik
ildönümü ərəfəsində hazırda Tərtərdə məskunlaşan kənd sakinlərinə
baş çəkib.

Ağdaban faciəsi zamanı təsadüf nəticəsində sağ qalan
soydaşlarımız həmin gecə baş verən dəhşətləri ürək ağrısı ilə
xatırlayıblar. Faciə şahidləri bildiriblər ki, erməni terrorçuları
həmin günlərdə xalqımıza qarşı tarixdə misli görünməyən vəhşiliklər
törədib.

Trend TV-nin hazırladığı videomaterialı təqdim edirik:

Teqlər: