İcbari Tibbi Sığortanın Abşeron rayonu üzrə tədbiqi davam edir (FOTO)

Hər il dünya ictimaiyyətinin diqqəti Ümumdünya Səhiyyə
Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda
vacib əhəmiyyət kəsb edən mövzulara cəlb edilir və müxtəlif şüarlar
altında müzakirələr düzənlənilir.

Abşeron rayonunda İcbari tibbi siğortanın əhali arasında tətbiqi
ilə bağlı müvafiq tədbirlər bu dəfə Ümumdünya Sağlamlıq Gününə
təsadüf edib.

Ölkəmizdə müasir səhiyyə sisteminin yaradılması və əhalinin
keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət başçısının
yürütdüyü sosial siyasətin tərkib hissələrindən biridir.
Respublikamızın iqtisadi qüdrətinin artması səhiyyənin də davamlı
inkişafına səbəb olub. İcbari tibbi sığortanın tətbiqi də məhz bu
baxımdan inkişafın əhəmiyyətli nəticəsidir. Bir çox ölkənin səhiyyə
sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın
ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin
qəbul etdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin
olduğunu bir daha təsdiqləyir.

İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə
yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə
Abşeron Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura
tərəfindən növbəti dəfə aprelin 8-də Saray qəsəbəsində
məlumatlandırma aparılıb. Ailə Sağlamlıq Mərkəzində sözügedən qəbul
zamanı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər
üzrə başçının müavini Gülnar Rəhimova da iştirak edib, İcbari Tibbi
Sığorta çərçivəsində işlərlə yaxından tanış olub.

Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti –
nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq,
radioloq tərəfindən sakinlər qəbul edilib və tibbi müayinələrini
həyata keçiriblər. Sakinlərin diqqətinə çatdırılıb ki, aparılacaq
müayinə və müalicələr Sığorta tərəfindən qarşılanacaq. Beləliklə
xəstələr ödəniş etmədən müasir tələblərə uyğun olan tibbi
xidmətlərdən yararlana biləcəkdir.

İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir
vətəndaş qeydiyyata alınıb və İcbari tibbi sığorta çərçivəsində
tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri
tərəfindən cavablandırılıb. Sakinlər göstərilən xidmətlərə görə
aidiyyatı qurumlara öz minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: