Böyük Britaniyada meymunçiçəyinə daha 71 nəfər yoluxub

Böyük Britaniyanın tibb xidmətləri ölkədə sutka ərzində insanlar
arasında meymunçiçəyi xəstəliyinə 71 yoluxma faktını
aşkarlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi
Agentliyi (UK Health Security Agency, UKHSA) bildirib.

Məlumata əsasən, yoluxanların ümumi sayı 179 nəfərə çatıb.

Eyni zamanda, nadir bir xəstəliyin digər insanlara keçməsi
hallarının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, əhali üçün
riskin olması Agentlik tərəfindən aşağı kimi qiymətləndirilib.