Fərrux kəndində daha bir neçə azərbaycanlının qalıqları aşkarlanıb (VİDEO)

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının
meyitlərinin qalıqları tapılıb.

Trend xəbər verir ki, kənd ətrafında ayrı-ayrılıqda 3 yerdə
aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə
yetirilmiş azərbaycanlıların skeletləri aşkar edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi
ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları
aşkar edib. İnsan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux
dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə
və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara
aid olduğu ehtimal edilir.

Teqlər: