Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kral Salman bin
Əbdüləzizin dəvəti ilə Səudiyyə Ərəbistanına səfərə gedib.

Trend xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan səfərdən
əvvəl İstanbul Atatürk Hava Limanında keçirdiyi mətbuat
konfransında gündəlikdə duran, həmçinin qlobal və regional
proseslər, eləcə də ölkədaxili məsələlərlə bağlı fikir və
mülahizələrini bölüşüb, jurnalistləri maraqlandıran sualları
cavablandırıb.

Prezident Ərdoğan diqqətə çatdırıb ki, səfər çərçivəsində iki
qardaş ölkə Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinə dair bütün
istiqamətlər nəzərdən keçiriləcək, qarşılıqlı maraq doğuran
məsələlər ətrafında müzakirələr aparılacaq.

BMT Baş katibinin Ankaranı ziyarət edib sonra Rusiya və
Ukraynaya səfər etməsini xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan
bildirib ki, Türkiyə bölgədə sülhün yaranmasına səylərini davam
etdirir.

Səfər iki gün davam edəcək.