“Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye
Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət
Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış
üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və
təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Teqlər: