Ərdoğan: Putinlə üz-üzə görüş gözləyirəm

Ərdoğan: Putinlə üz-üzə görüş gözləyirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə üzbəüz görüşməyi gözlədiyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bu gün cənab Putinin doğum günüdür. Mən onu təbrik etdim, o da öz növbəsində Ukrayna böhranındakı vasitəçiliyimizə görə təşəkkür etdi. Bundan əlavə, ikitərəfli münasibətlərimizlə bağlı da üzbəüz görüş keçirə bilsək, yaxşı olardı”, – Ərdoğan bildirib.

Teqlər: