Xəstə NATO, qondarma Avropa Siyasi Birliyi… – Lavrov

Xəstə NATO, qondarma Avropa Siyasi Birliyi… – Lavrov

NATO-nun Ukrayna ilə bağlı hərəkətlərinə baxdıqda hiss olunur ki, Makronun Şimali Atlantika Alyansına qoyduğu “beyin xəstəliyi” diaqnozu həddindən artıq dərinləşib.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bir vaxtlar Prezident Makron Şimali Atlantika Alyansına “beyin xərçəngi” diaqnozu qoymuşdu. Alyansın Kiyevdəki neonasist rejimini necə bəslədiyinə baxsaq, görərik ki, bu xəstəlik həddindən artıq dərinləşib. Bildiyiniz kimi, dünən qondarma Avropa Siyasi Birliyinin sammiti çağırıldı, bu, Prezident Makronun təşəbbüsü idi və bu sammitin nəticələrinə görə, AB diplomatiyasının rəhbəri Borrell qürurla elan etdi ki, Rusiyanın iştirakı olmadan təhlükəsizlik strukturunun formalaşdırılmasına başlanılır. Onlar sadəcə olaraq Kiyevin sədaları altında rəqs edir və orada hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər”, – rusiyalı nazir bildirib.

Lavrov qeyd edib ki, ABŞ və onun müttəfiqləri Zelenskinin açıq şəkildə bəyan etdiyi nüvə ambisiyalarına baxmayaraq, onun rejimini silahlandırmaqla beynəlxalq gərginliyin təhlükəli artmasına görə böyük məsuliyyəti öz üzərinə götürürlər.

Teqlər: